Mərkəzi Bankın valyuta ehtiyatları apreldə 55 mln. dollara yaxın artıb

Mərkəzi Bankın valyuta ehtiyatları apreldə 55 mln. dollara yaxın artıbAzərbaycan Mərkəzi Bankının (AMB) sərəncamında olan rəsmi valyuta ehtiyatların həcmi 2016-cı il may ayının 1-ə 4 mlrd. 120,6 mln. ABŞ dolları təşkil edib ki, bu da 2015-ci ilin müvafiq dövrünə nisbətən 4 mlrd. 267,3 mln. dollar və ya 50,87% azdır.


AMB-dən verilən məlumata görə, mart ayı ilə müqayisədə apreldə valyuta ehtiyatları 54,8 mln. manat və ya 1,35% artıb.


Həmçinin AMB-dən verilən məlumata görə, USD/AZN rəsmi məzənnəsi mayın 3-ə 1,5066 səviyyəsində müəyyən olunub.


Qeyd edək ki, bu gün dollar 1,5072 manat olub.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri