Azərbaycanda sığortalanan əmanətlər üzrə faiz həddini artırmaq təklif olunur

Azərbaycanda həm milli, həm də xarici valyutada sığortalanan əmanətlər üzrə faiz həddini artırmaq təklif olunub.

Maliyyə Bazarlarına Nəzarət Palatası bu təkliflə Azərbaycan Banklar Assosiasiyasına müraciət edib. Bunu Trend-ə bank sektorundakı mənbə deyib.

Belə ki, milli valyutada sığortalanan əmanətlər üzrə faiz həddini 15 faizədək, xarici valyutada isə 5 faizədək artırmaq təklif edilir.

Mənbə qeyd edib ki, bu təklif maliyyə-bank sahəsinin inkişafına istiqamətlənib.

Hazırda sığortalanan manat əmanətləri üzrə faiz həddi 12, xarici valyutadakı əmanətlər üzrə isə 3 faiz səviyyəsində müəyyənləşdirilib.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri