“Moody’s”: Hökumətin ARDNF-dəki xarici aktivləri şoklara davam gətirmək üçün kifayətdir

http://www.live.az/uploads/posts/2016-01/1452668290_moody.jpg “Moody’s” beynəlxalq reytinq agentliyi Azərbaycanın uzunmüddətli emitent reytinqini və təmin edilməmiş borc öhdəlikləri reytinqini “Ba1” səviyyəsində təsdiq edib. Proqnoz isə “neqativdir”.

APA xəbər verir ki, bu barədə agentliyin yaydığı hesabatda qeyd olunub.

Hesabatda bildirilir ki, reytinqin “Baa3” səviyyəsindən “Ba1” səviyyəsinədək endirilməsi son bir neçə ayda Azərbaycanın kredit profilinin əhəmiyyətli dərəcədə azalması ilə bağlıdır. “Bununla yanaşı, ölkənin Dövlət Neft Fondundakı (ARDNF) iri həcmli xarici aktivləri, suveren ehtiyat fondu aşağı neft qiymətlərinin iqtisadiyyata və hökumətin balans hesabatına təsirini yumşaltmağa yardım edir və Azərbaycana aşağı neft qiymətlərinə uyğunlaşmaq üçün müəyyən zaman verir. Proqnozun mənfi olması isə iqtisadi gücün zəifləməsi əsasında Azərbaycanın kredit profilinə olan təzyiqlərin davam etməsini əks etdirir”, - deyə hesabatda qeyd olunub.

Agentliyin ekspertləri onu da vurğulayır ki, hökumətin şoklara davam gətirməsi üçün kifayət qədər fiskal buferi var. Buna xüsusilə ARDNF-dəki xarici valyutada olan aktivləri əlavə etmək olar. Bu fiskal bufer Azərbaycana davam edən iqtisadi, məzənnə və bank sektoru ilə bağlı çətinliklərin öhdəsindən gəlməyə kömək edə bilər: “ARDNF-in xarici valyutadakı aktivləri 2015-ci ildə 9,5% azalaraq 33,6 milyard (2014-cü ildə 37,1 mlrd. dollar) dollar təşkil etməsinə baxmayaraq, yenə də kifayət qədərdir. Bu rəqəm təkcə ÜDM-ə və hökumətin ümumi borclarına nisbətdə deyil, eyni zamanda digər neft ixrac edən ölkələrin suveren ehtiyat fondları ilə müqayisədə yüksəkdir. ARDNF-in xarici valyutadakı ehtiyatları 2016-cı il üçün ÜDM proqnozunun demək olar ki, 100%-ni təşkil edir”.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri