Gəncə-Bakı istiqamətində yükdaşıyan elektrovozda yanğın olub

Ağdaş rayonu, Ləki dəmiryol stansiyasında “Azərdəmiryol” QSC-nə məxsus Gəncə-Bakı istiqamətində hərəkətdə olan yükdaşıyan elektrovozun mühərrikində elektrik avadanlıqları yanıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, elektrovozun qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.
Şərhlər
Hadisə bölməsinin xəbərləri