Azər Nəsibovun “Qolos.Deti”nin finalında möhtəşəm çıxışı

Bu gün “Qolos.Deti-3” şousunun final gecəsi keçirilib.

Finalda Pelaqeyanın üçlüyündə 15 yaşlı azərbaycanlı Azər Nəsibov da çıxış edib.

Həmyerlimiz məşhur italiyalı opera müğənnisi Enriko Karuzoya həsr edilən “Caruso” kompozisiyasını ifa edib.

A.Nəsibov ifası ilə bütün zalı heyran qoyub. Hələ mahnının ortalarında həm tamaşaçılar, həm də münsiflər həmyerlimzi alqışlayırdılar.

Lakin tamaşaçıların səsverməsinin nəticələrinə görə, həmyerlimiz superfinala keçə bilməyib. Pelaqeyanın üçlüyündən Taisiya Podqornaya “Qolos.Deti-3” şousunun superfinalına adlayıb.


Şərhlər
Şou-biznes bölməsinin xəbərləri

Müğənni Elçin boşanıb

  • 22 фев, 22:53