Sevil-Sevinc bacıları: 16 yaşımda elçi gəliblər mənə

Sevil-Sevinc bacıları: 16 yaşımda elçi gəliblər mənə "Bəlkə, biri məni efirdən izləyib, bəyənər deyə az danışıram"


Müğənni Sevil-Sevinc bacıları Alternativ TV-də (Region TV) yayımlanan "Şou məkan" verilişinə eksklüziv açıqlamalar veriblər.


Bacılar "Hərdən" mahnısına çəkdirdikləri kliplə bağlı maraqlı faktı açıqlayıblar: "Bu klipi anamız bizə hədiyyə edib. Aldığımız mahnıya xeyli pul xərclədik. Dedim ki, bəlkə, klip çəkməyək. Anam da yanımızda oturmuşdu. Dedi ki, yox, klip çəkin. Dedim, ay ana, axı pulumuz yoxdur. Anam dedi ki, pulu mən verəcəyəm. Anam işimizlə bağlı bizdən daha həvəslidir. Deyir ki, işləyin, bir yerdə dayanmayın".


Sevinc bacısı Sevilin müsahibələrdə az danışması haqda da fikrini bildirib: "O, ərə getmək istəyir. Məni danışdırıb, eləyir pis, özü də kənarda sakit qalır. Ona gələn elçilərin ardı-arası kəsilmir. Mənim 25 yaşım var, bircə dəfə 16 yaşımda elçi gəliblər mənə".


Sevil isə az danışmasına belə aydınlıq gətirib: "Fikirləşirəm ki, bəlkə, biri məni efirdən izləyir, düşünür ki, çox gözəl qızdır, xoşuma gəlir, amma çox danışır, evdə qaynananın başı gedər. Ona görə az danışıram".



Şərhlər
Şou-biznes bölməsinin xəbərləri

Müğənni Elçin boşanıb

  • 22 фев, 22:53