Fekete: “Roma Papası 30 sentyabr-2 oktyabrda Azərbaycan və Gürcüstana səfər edəcək”

Roma Papası 30 sentyabr- 2 oktyabr tarixlərində Azərbaycan və Gürcüstana səfər edəcək.

APA-nın xəbərinə görə, bunu Roma Katolik Kilsəsinin ordinarisi Vladimir Fekete bildirib.

“Mayın ortalarında konkret proqramın müəyyənləşdirilməsi üçün Vatikandan Azərbaycana nümayəndə heyəti gələcək”, - deyə o bildirib.

V. Feketenin sözlərinə görə, nümayəndə heyətinin səfəri zamanı Azərbaycan prezidenti və dini liderlərlə görüşlər planlaşdırılır.
Şərhlər
Siyasət bölməsinin xəbərləri