BMT-nin Bakı Forumunda qlobal həmrəylik ayı elan edilməsi təklif olunub

“İnsanlar müxtəlif hüquqlarından məhrum olur, yoxsulluqdan əziyyət çəkir. İqlim dəyişikliyi, münaqişələr insanlar üçün ciddi problemlər yaradır, miqrasiyaya səbəb olur”.

APA-nın məlumatına görə, bunu bu gün Bakıda keçirilən BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu çərçivəsində keçirilən BMT Sivilizasiyalar Alyansının Dostları Qrupunun yüksək səviyyəli iclasında Malta prezidenti Marie Louise Coleiro Preca söyləyib.

M. Preca qlobal həmrəylik ayı elan etməyi təklif edib: “Biz zorakı ekstremizmə qarşı uzunmüddətli strategiyalar hazırlamağa çağırmalıyıq. Cəmiyyətdən təcrid olanları artıq kənarda saxlamamalıyıq, onlara əl uzatmalıyıq. Sülhə, tolerantlığa, müxtəlifliyə rəğbət bəsləyən prinsipləri əsas götürməliyik. Təhsil sahəsində də bu addımlar atılmalıdır. Biz növbəti humanitar fəlakətə imkan verməməliyik. Mən Aralıq dənizində yaşananları nəzərdə tuturam. Biz artıq tədbirlər görməliyik. Münaqişələr bizim sülh mədəniyyətinin formalaşmasına kömək etmir. Beynəlxalq miqrasiyanın mürəkkəbliyi artır, hökumətlər miqrasiya problemlərinin həlli, inklüzivlik sahəsində addımlar atmalıdır”.

Malta prezidenti qeyd edib ki, qadınların cəmiyyətdə, dünyada rolu unudulmamalıdır: “Qadınlar çox zaman zorakı münaqişələrin qurbanı olsalar da, onlar həm də sülhün qurucuları ola bilər. Sosial inklüzivlik böyük əhəmiyyət daşıyır, dünyamızın transformasiyasına çalışmalıyıq. Sosial zorakılıqdan can qurtarmalıyıq, sosial inklüzivliyin katalizatoru olmalıyıq”.

Qazaxıstan parlamenti Senatının sədri Kasım-Jomart Tokayev isə çox keşməkeşli bir dövrdə yaşadığımızı söyləyib: “Biz qlobal təhdidlərə qarşı mübarizə aparmalıyıq. Anlamalıyıq ki, yeni müharibələrdə qaliblər olmur. Konstruktiv danışıqlarla bütün münaqişələrə son qoyulmalıdır. Hərbi blokların qarşısını almağa çalışmalıyıq. BMT-nin Sivilizasiyalar Alyansının oynayacağı çox mühüm vəzifələr var. Biz insanların vahid mövqedən çıxış etməsini istəyirik. Mədəniyyətlərin yanaşı yaşaması mühümdür. Qazaxıstan da bir çox etnik qrupların vətənidir, biz mədəni müxtəlifliyin qorunub saxlanılmasının tərəfdarıyıq. Qazax milləti müxtəlif dövrlərdə deportasiyaya məruz qalıb. Ancaq hesab edirik ki, bizim xalq etnik qruplar arasında həmrəyliyin yaxşı nümunəsi ola bilər. Etimadın, qarşılıqlı ünsiyyətin zəifləməsi qarşılaşdığımız əsas problemlərdəndir. Biz yeni baxışlardan çıxış etməliyik ki, hər hansı toqquşmaların aradan qaldırılmasına nail olaq. İstəyirik ki, bundan sonra da ekstremizmə qarşı daha qətiyyətlə mübarizə aparaq. Atdığımız addımlar qanuna əsaslanmalıdır. Qazaxıstan prezidenti Nursultan Nazarbayevin təşəbbüsü ilə 2003-cü ildən Astanada din xadimlərinin ənənəvi görüşü təşkil olunur. Azərbaycan prezidenti İlham Əliyevin təşəbbüsü ilə dünya dini liderlərinin Bakıda görüşü keçirilib. Qazaxıstan mayın 30-da terrorçuluğa qarşı din mövzusunda tədbir keçirəcək. İnanıram ki, bugünkü Forumda da sülhün bərqərar olunmasına töhfə verəcək qərarlar qəbul ediləcək. Müzakirələr zamanı ortaya çıxan suallara birgə cavablar axtarmalıyıq”.


Belarus Nazirlər Kabinetinin sədri Mixail Myasnikoviç isə bildirib ki, bu gün dünya müxtəlif maneələrlə
Şərhlər
Siyasət bölməsinin xəbərləri