Hannoverdə Almaniya, ABŞ, Böyük Britaniya, Fransa və İtaliya liderlərinin görüşü keçiriləcək

Bu gün Hannover şəhərində Almaniya, ABŞ, Böyük Britaniya, Fransa və İtaliya liderlərinin görüşü olacaq.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, Angela Merkel, Barak Obama, Fransua Olland, Devid Kemeron, Matteo Renzi arasında qeyri-rəsmi görüş Almaniya kanslerinin təşəbbüsü ilə baş tutacaq.

Görüş yerli vaxtla saat 14:30-da başlayacaq. A.Merkelin sözlərinə görə, danışıqların əsas mövzularını Suriya, Liviya və Ukraynadakı vəziyyət, Avropada miqrasiya böhranı təşkil edəcək.
Şərhlər
Dünya bölməsinin xəbərləri