Vaşinqton metrosunda partlayış baş verib

ABŞ-ın paytaxtı Vaşinqtonda metroda partlayış baş verib.

APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə sosial şəbəkə istifadəçiləri yazıb.

Hadisə saat 19:15-də (Bakı vaxtı ilə 03:15) baş verib. Şahidlər partlayışın Tenlitaun stansiyasında baş verdiyini, partlayışdan sonra yanğın başladığını bildiriblər. Hadisə yerinə yanğınsöndürmə dəstələri və təcili yardım briqadası gəlib.
Şərhlər
Dünya bölməsinin xəbərləri