Xəzər dənizi kənarında “JARA” festivalı keçiriləcək

Xəzər dənizi kənarında “JARA” festivalı keçiriləcək Bu ilin yayında Xəzər dənizi kənarında ilk dəfə “JARA” festivalı keçiriləcək! İyul ayının 9 və 10 Azərbaycan paytaxtı Bakının ən gözəl istirahət ocaqlarından biri SEA BREEZE-də Beynəlxalq musiqili yay festivalı keçiriləcək. Həmin günlər Rusiya estradasının ən parlaq ulduzlarının iştirakı ilə festival və odlu-alovlu after-party keçiriləcək. Gündüz ağappaq qum, tərtəmiz dəniz, parlaq günəş və qeyri-formal dostluq ab-havasını DJ setlər bəzəyəcək və festival qonaqlarına gərginlikdən azad olmağa və ulduzların əhatəsində iki unudulmaz axşamın keçirilməsi üçün güc toplamağa kömək edəcək. Festivalın təşkilatçıları müğənni və musiqiçi Emin Ağalarov, Rusiyanın əməkdar artisti Qriqoriy Leps və Russkoye Radio-nun yaradıcısı, “Zolotoy Qrammafon” mükafatının təsisçisi Sergey Kojevnikovdur.

EMİN: “SEA BREEZE ərazisində Rusiya artistlərin konsertlərinin təşkilatçılığında çoxillik təcrübənin olması və həmin artistlərin paytaxt Bakı haqqında müsbət rəyləri məndə, həmkarlarım və tərəfdaşlarım Qriqoriy Leps və Vitaliy Kojevnikovda Azərbaycan paytaxtında mühüm Beynəlxalq miqyaslı musiqi festivalın keçirilməsi fikri yarandı. Biz tədbirin həm Rusiya, həm də Azərbaycan televiziyasında yayımlanmasını planlaşdırırıq və bu hal iki dost xalqı bir-birinə daha da yaxın edəcək.”

Festival ulduzlu qonaqları ilə hamını təəccübləndirəcək. Onların arasında Valeriy Meladze, Nyuşa, Qriqoriy Leps, A-studio, Nikolay Baskov, Valeriya, Polina Qaqarina, Ani Lorak, EMİN, Slava, MBAND, Potap və Nastya, Burito, İrina Dubtsova, A-DESSA, Ciqan, Svetlana Loboda, Qlyukoza, IOWA və digəriləri var. Beynəlxalq “JARA” festivalının hər il keçiriləcəyi və musiqi aləmində parlaq mədəni hadisəyə çevriləcəyi planlaşdırılır.
Festivalın iştirakçıları arasında həmçinin Zülfiyyə Xanbabayeva və “Rast” qrupunun adları da var.
Şərhlər
Şou-biznes bölməsinin xəbərləri