Bakı Metropoliteninin yeni stansiyalarında eskalatorların sayı artacaq və liftlər quraşdırılacaq

Bakı Metropoliteninin yeni stansiyalarında eskalatorların sayı artacaq və liftlər quraşdırılacaq Bakı Metropoliteni iki stansiyada və "Elmlər Akademiyası"nın əlavə çıxışında 38 eskalator quraşdırmağı planlaşdırır. Bu barədə Trend cümə günü Bakı Metropoliteninin rəsmi saytına istinadən məlumat verir.



Belə ki, TUGELA markalı 20 eskalatorun "Avtovağzal" stansiyasında, 14-nün "Memar Əcəmi-2" stansiyasında, daha 4-nün isə "Elmlər Akademiyası" stansiyasının hazırda inşa olunan ikinci çıxışında quraşdırılması planlaşdırılır.



Bundan başqa, Bakı Metropoliteni ilk dəfə olaraq, "Avtovağzal" və "Memar Əcəmi-2" stansiyalarında "Synergy" şirkətinin istehsalı olan 5 liftin quraşdırılmasını nəzərdə tutur. Bu, fiziki imkanları məhdud olan insanların metrodan istifadə prosesini asanlaşdıracaq.



"Avtovağzal" stansiyasında, həmçinin uzunluğu 40 və 60 metr olan 8 travolatorun quraşdırılması planlaşdırılır ki, bu da uzun tunellərdə hərəkət prosesinin rahatlığını təmin edəcək.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri