Dövlət Departamenti: "Biz tezliklə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasını görmək istəyirik"

"Biz tezliklə danışıqlar prosesinin qayıdışını və nizamlanmanı görməyi arzu edirik". APA-nın ABŞ Dövlət Departamentinin rəsmi saytına istinadən verdiyi xəbərə görə, bunu Amerika Birləşmiş Ştatları Dövlət Departamentinin rəsmi nümayəndəsi Con Kirbi bildirib.

Qeyd edək ki, Dağlıq Qarabağ münaqişəsi məsələsində nizamlanma prosesini ATƏT-in Minsk Qrupu çərçivəsində dəstəklədiyini həmişə ifadə edən Dövlət Departamenti, bu dəfə BMT çərçivəsində nizamlanma prosesini dəstəklədiyini qeyd edib.

“Amerika Birləşmiş Ştatları BMT-in prosesini dəstəkləməyə davam edir və hesab edir ki, bu Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasının ən yaxşı yoludur. Minsk Qrupunun amerikalı həmsədri Rusiya və Fransadan olan həmsədrlərlə birlikdə regiona səfər edib və birmənalı olaraq qeyd edib ki, Biz tezliklə danışıqlar prosesinin qayıdışını və nizamlanmanı görməyi arzu edirik. Biz BMT-yə və tərəflərin uzunmüddətli sülhə nail olmaq istiqamətində fəaliyyətə möhkəm sadiqik", - deyə Kirbi bildirib.
Şərhlər
Siyasət bölməsinin xəbərləri