Martın 11-dən bəri ilk dəfə Azərbaycanda dollar bahalaşıb

Martın 11-dən bəri ilk dəfə Azərbaycanda dollar bahalaşıb Azərbaycan Mərkəzi Bankı (AMB) aprelin 5-ə olan USD/AZN rəsmi məzənnəsini açıqlayıb.



AMB-dən APA-ya verilən məlumata görə, USD/AZN rəsmi məzənnəsi aprelin 5-ə 1,5165 səviyyəsində müəyyən olunub. Qeyd edək ki, dollar bu gün 1,5094 manata bərabər olub.



Qeyd edək ki, martın 11-dən aprelin 4-dək manatın dollara qarşı möhkəmlənməsi müşahidə olunub. Qeyd edilən müddət ərzində dolların məzənnəsi 1,6456 manatdan 1,5094 manata enib.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri