Cəbhədən ən son məlumatlar [3 Video]

Cəbhədən ən son məlumatlar [3 Video] Dünən gecədən ermənilər növbəti dəfə təxribata əl ataraq cəbhə boyu mövqelərimizi və yaşayış məntəqələrimizi, mülki şəxsləri atəşə tutublar.


Bir neçə strateji yüksəklik və yaşayış məntəqələri erməni işğalından azad edilib.


Azərbaycan müdafiə nazirliyi cəbhədəki son vəziyyətlə bağlı açıqlama yayıb.


Daha ətraflı burdan izləyin:






Cəbhədə vəziyyətin gərginləşməsi xəbəri yayılan kimi ANS-in xüsusi çəkiliş qrupu bölgəyə ezam olunub.

ANS-in xüsusi müxbiri Mir Şahin Ağayev cəbhədi ən son məlumatları verib.

O bildirib ki, cəbhədə Azərbaycan Silahlı Qüvvələri Ermənistan ordusuna sarsıdıcı zərbələr vurub.

Goranboy rayonu və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış kəndi ətrafındakı yüksəkliklər, eləcə də Seysulan məntəqəsi düşmən qüvvələrindən tam təmizlənib.

Horadiz şəhərinin düşmən təhlükəsindən qorunması məqsədilə Füzuli rayonu istiqamətində yerləşən, geniş ərazini nəzarətdə saxlamaq imkanı verən strateji əhəmiyyətli "Lələ təpə" adlandırılan yüksəklik də bölmələrimizin nəzarətinə keçib.



Şərhlər
Hadisə bölməsinin xəbərləri