Babək prospektində 5 avtomobil toqquşdu

Bu gün səhər saatlarında Nizami rayonu ərazisində Babək prospektində 5 avtomobil toqquşub.

ANS-in hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, qəza “Xalqlar dostluğu” metrostansiyasına gedən yolda, körpünün üstündə baş verib.

Qəza nəticəsində iki “Mercedes”, “Ford”, “VAZ 2107” və “VAZ 2106” markalı avtomobillər ciddi zərər çəkib. Qəza nəticəsində xəsarət alanlar var.
Şərhlər
Hadisə bölməsinin xəbərləri