Gəncədə məcburi köçkünün yataqxanadakı otağından oğurluq edilib

Gəncədə oğurluq hadisəsi olub.



Gəncə şəhər Baş Polis İdarəsindən APA -nın qərb bürosuna verilən məlumata görə, Gəncənin Gülüstan qəsəbəsində, Azərbaycan Dövlət Aqrar Universitetinin 6 saylı yataqxanasında məskunlaşan Kəlbəcər rayon sakini Dilarə Cəfərova polisə yaşadığı otaqdan oğurluq edildiyini bildirib. D. Cəfərova qeyd edib ki, o evdə olmadığı vaxt naməlum şəxslər otağın qapısını açaraq evdən 1500 manata və 300 dollar aparıblar.



Faktla bağlı əməliyyat tədbirləri həyata keçirilir.
Şərhlər
Hadisə bölməsinin xəbərləri