Akademik Milli Dram Teatrında “Əmir Teymur” tamaşası nümayiş olunub

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının səhnəsində Hüseyn Cavidin “Topal Teymur” əsəri əsasında səhnələşdirilən “Əmir Teymur” tamaşası nümayiş olunub.

Teatrın mətbuat xidmətindən APA-ya verilən məlumata görə, səhnə əsəri əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadənin quruluşunda hazırlanıb.

Tamaşanın quruluşçu rəssamı İlham Elxanoğlu, musiqi tərtibatçısı Aygün Səmədzadədir. Rəqs və döyüş səhnələrini əməkdar artist Pərviz Məmmədrzayev qurub.

Səhnə əsərində əsas rolları xalq artistləri Nurəddin Mehdixanlı, Rafiq Əzimov, əməkdar artistlər Mətanət Atakişiyeva, Kazım Həsənquliyev, Münəvvər Əliyeva, Elşən Rüstəmov, Kazım Abdullayev, aktyorlar Hikmət Rəhimov, Rövşən Kərimduxt, Anar Heybətov, Şəhla Əliqızı və İlahə Həsənova ifa edib.

Qeyd edək ki, Hüseyn Cavidin “Topal Teymur” beşpərdəli dramı 1925-ci ildə yazılaraq 1926-cı ildə çap edilib. Elə çap olunduğu ildə də tamaşaya qoyulan dram əsəri ədəbiyyat və incəsənət xadimləri, eləcə də teatrsevərlər tərəfindən böyük maraqla qarşılanıb.
Şərhlər
Mədəniyyət bölməsinin xəbərləri

Aygün Bəylər dəfn olunub

  • 08 янв, 14:57