"Independent" çap versiyasından imtina etdi

Böyük Britaniyanın məşhur "Independent" qəzeti martın 26-dan çap versiyasının buraxılışını tamamilə dayandıraraq rəqəmsal versiyaya keçəcək. Bu barədə Trend Frans Press-ə istinadən verir.

Qəzetin "ESI Media" şirkətindən olan rəhbərliyi bu qərarı qəzetin tirajının azalması ilə əlaqələndirir.

"Independent"in sahibi Yevgeni Lebedev deyib ki, mətbuat industriyası sürətlə inkişaf edir və bunun səbəbkarı oxucuların özüdür: "Onlar bizə göstərirlər ki, gələcək rəqəmsal formadadır".

Qeyd edək ki, Britaniyanın "Independent" qəzeti 1986-cı ildən nəşr olunur.шаблоны для dle 11.2
Şərhlər
Maraqlı bölməsinin xəbərləri