Bakıda bu ilin ən çox gözlənilən filmlərindən biri – Dedpul filminin ictimai nümayişi keçirilib

Bakıda bu ilin ən çox gözlənilən filmlərindən biri – Dedpul filminin ictimai nümayişi keçirilib Dekabrın 10-da Park Cinema Kinoteatrlar şəbəkəsinin Flame Tower-dəki İMAX kinozalında 2016-cı ilin ən çox gözlənilən filmlərindən birinin – Dedpul filminin ictimaiyyət və KİV nümayəndələri üçün nümayişi keçirilib.

Live.az-ın xəbərinə görə, nümayişə 280 nəfər- mədəniyyət, incəsənət və kino xadimləri, estrada ulduzları, aktyorlar, tanınmış bloqerlər və KİV nümayəndələri qatılıblar. Nümayişdən əvvəl Dedpul filmi haqda məlumat verilib. Filmin nümayişinə gələn qonaqlar Park Cinema Kinoteatrlar şəbəkəsinin bu cür ictimai nümayişlərinin ənənə halı almasından məmnun olduqlarını qeyd ediblər və Park Cinema –nın Azərbaycanda kinoteatr və kinoya kütləvi baxış mədəniyyətinin formalaşmasındakı rolunu vurğulayıblar. Furşet maşası ətrafında səmimi dostluq abı-havasında keçən tədbir zamanı foto və video çəkilişlərdən sonra qonaqlar filmə tamaşa etmək üçün zala dəvət olunublar.

Dedpul - Marvel komikslərinin ən qeyri-standart antiqəhrəmanı haqda filmdir. Film nəzarət alıtndan çıxmış eksperiment nəticəsində sürətlənmiş regenerasiya qabiliyyətləri əldə etmiş və özünün alter eqosuna - Dedpula çevrilmiş keçmiş xüsusi təyinatlı Ueyd Uilson haqda bəhs edir. Yeni qabiliyyətləri və pozğun yumor hissi ilə silahlanmış Dedpul onun həyatını məhv etmiş adamı izləyir.

Dedpulun düşməninin adı Ayaksdır, onu Ed Skreyn (“Daşıyıcı: miras”) oynayır. Ayaks Dedpulun transformasiyasına görə məsuliyyət daşıyır. O WeaponX laboratoriyasının başında durur və sadistdir. Ayaks Ueydə onun Dedpula çevrilməsinə səbəb olan işgəncələr verdiyi zaman həzz alır. Ayaks Ueydin keçdiyi proqramdan keçib. O qeyri adli cəldliyə və gücə sahibdir, ağrı və mərhəmət hiss etmir. Məqsədinə çatmaq üçün əgər kiməsə işgəncə vermək lazımdırsa, Ayaks bir an da olsa belə tərəddüd etmir – onun vicdanı sızlamır.

Filmin baş qəhrəmanının obrazını Rayan Reynolds yarsdıb. Dedpulun prodüserləri Saymon Kinberq (“İks Adamlar: Keçmiş gələcəyin günləri”), Rayan Reynolds və Loren Şuler Donnerdir (İks Adamlar: Keçmiş gələcəyin günləri”). İcraçı prodüserlər Sten Li, Conatan Martin-Komak (“Sənin kimi istəyirəm”), Con C.Kelli (“Casus”), Aditya Sud (“Marslı”), ssenari müəlliflərin isə Rett Riz və Pol Vernikdir.

Dekabrın 11-dən etibarən Dedpul filmi Bakının bütün kinoteatrlarında nümayiş olunacaq.

Şərhlər
Şou-biznes bölməsinin xəbərləri

Müğənni Elçin boşanıb

  • 22 фев, 22:53