Ağcabədidə 60 yaşlı həkim qadın qətlə yetirilib

Ağcabədi rayonunda qətlə yetirilən qadın həkim olub.



APA-nın xəbərinə görə, qətə yetirilən 1956-cı il təvəllüdlü Əhmədova Kamilə Səfər qızı evdə tək yaşayıb. Rayonda həkim kimi çalışan qadının övladlarının Bakıda yaşadığı bildirilir.



Məlumata görə, onun polis əməkdaşı olan həyat yoldaşı bir il öncə yol qəzasında ölüb.



Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
Şərhlər
Hadisə bölməsinin xəbərləri