Mərkəzi Bank Beynəlxalq Banka 10 mln. dollar satıb

Bu gün Mərkəzi Bankın növbəti valyuta hərracı keçirilib.



Mərkəzi Bankdan APA-y verilən məlumata görə, tənzimləyici tərəfindən 200 mln. ABŞ dolları məbləğində vəsait satışa çıxarılıb. Hərracda yalnız 1 bank 10 milyon dollar tələbi ilə iştirak edib və sifarişi tam həcmdə təmin olunub.



APA-nin əldə etdiyi xəbərə görə, Mərkəzi Bankdan 10 mln. dolları alan bank "Azərbaycan Beynəlxalq Bankı" ASC-dir.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri