Komitə: Azərbaycan sənayesi "Euro-5" ekoloji standartına keçmək üçün hazır deyil

Azərbaycan sənayesi "Euro-5" ekoloji standartına keçmək üçün hazır deyil.


Bu barədə bu gün keçirilən mətbuat konfransında Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Dövlət Akkreditasiya Xidmətinin rəis müavini Sabiq Abdullayev bildirib.



"Sözügedən ekoloji standartların normaları artıq qəbul edilib. Lakin, Azərbaycan sənayesi "Euro-5" standartlarına hazırda cavab vermir. Neft sektorunda da "Euro-5" ekoloji standartlarına cavab verən benzin istehsal olunmur", - deyə S. Abdullayev bildirib.



O qeyd edib ki, bu maneələr aradan qaldırıldıqdan sonra artıq bu haqda hökumət müvafiq qərar qəbul etməlidir və bundan sonra standartın icrasına başlanacaq.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri