"Turkcell" Azərbaycanda payını artırmağa hazırdır

Türkiyənin “Turkcell” mobil operatoru “Fintur Holding”də “TeliaSonera”nın səhmlərinin alışına başlamağı planlaşdırır. Bu barədə Trend “Bloomberg”ə istinadən məlumat verir.

“Turkcell”in rəhbəri Kaan Terzioğlu bildirib ki, “Turkcell İletişim Hizmetleri A.Ş” holdinqin səhmlərinin 58,55 faizinin əldə edilməsinə görə ərizə verib.

Hazırda şirkət “Fintur”un səhmlərinin 41,45 faizinə sahibdir. “Fintur”un Azərbaycan (“Azercell), Qazaxıstan, Gürcüstan və Moldovada biznesi var.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri