İmişlidə avtomobil su kanalına düşüb, Qətər və Səudiyyə Ərəbistanı vətəndaşları boğularaq ölüb

İmişlidə Qətər və Səudiyyə Ərəbistanı vətəndaşları yol qəzasında ölüb.

APA-nın verdiyi məlumata görə, gecə saatlarında bir qrup ərəb mənşəli vətəndaşın İmişli rayonunun Xəlifəli kəndinin çöl sahəsində ov edərkən idarə etdikləri “Toyota Prado” markalı avtomobil su kanalına düşüb.

Nəticədə avtomobilin sürücüsü, 45 yaşlı Səudiyyə Ərəbistanı vətəndaşı Salam Əli Əlmari və sərnişin, Qətər vətəndaşı,37 yaşlı Misali Zeyd Əl Subuhi suda boğularaq ölüblər. Daha bir nəfər, 26 yaşlı Qətər vətəndaşı Əbail Əziz Sədəl Kabi İmişli rayon xəstəxanasına yerləşdirilib.

Hazırda hadisə yerində hüquq-mühafizə orqanlarının əməkdaşları işləyir. Ölən şəxslər sudan çıxarılaraq İmişli rayon patoloji anatomiya və tibbi ekspertiza mərkəzinə təhvil verilib.

Faktla bağlı İmişli rayon polis şöbəsində araşdırma aparılır.
Şərhlər
Hadisə bölməsinin xəbərləri