Bəzi siqaretlər ucuzlaşıb

Azərbaycanda bəzi siqaret markalarının qiyməti enib. "Japan Tobacco International" şirkətindən APA-ya verilən məlumata görə, bu gündən "Winston", "Sobranie" və "Camel" markalı siqaretlərin qiymətində azalma baş verib.



Bundan başqa, şirkətin istehlakçılarına təklif etdiyi "More" markalı siqaret 2 həftə öncə 1,20 manata qədər ucuzlaşıb.



Şirkət rəsmisi bildirib ki, "Winston" markalı siqaretin qiyməti 3,30 manatdan 2,80 manata, "Sobranie" (böyük) 7 manatdan 5 manata, "Camel" 3,50 manatdan 3 manatadək enib.



[2/8/16, 1:35 PM] Nurshen Quliyev (nurshen@gmail.com):"Ucuzlaşmaya səbəb istehlakçıların alıcılıq qabiliyyətinin aşağı düşməsidir. Bunun nəticəsində istehlakçılar daha ucuz siqaretlər əldə etməyə çalışırlar ki, onların əksəriyyəti qaçaqmalçılıq yolu ilə ölkəyə gətirilir", - deyə şirkət rəsmisi qeyd edib.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri