Nazir: "Azərbaycan işsizliklə mübarizədə Almaniya təcrübəsini öyrənir"

Azərbaycan işsizliklə mübarizədə Almaniya praktikasını öyrənir. APA xəbər verir ki, bu barədə jurnalistlərə əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bildirib.



"Hazırda bütün dünyada Almaniyada tətbiq olunan dual hazırlıq sistemi tətbiq olunur. Belə ki, müxtəlif şirkətlər tərəfindən 15-16 yaşında olan gənclər müəyyən işlərə cəlb olunurlar. Başqa sözlə, onlar həm tədris alırlar, həm də müəssisələrdə işləyirlər və 20-30% əmək haqqı almaqla yanaşı həm də praktiki vərdişlərə yiyələnirlər. Bundan sonra, 18 yaşında onlar əmək bazarlarının tələblərinə uyğun şəkildə çıxa bilirlər. Bu sistem bizim tərəfimizdən ciddi öyrənilir. Biz Azərbaycanda belə sistemin tətbiqi üçün proseslərə start verməliyik", - deyə nazir qeyd edib.



S. Müslümov bildirib ki, bu sistemin tətbiqi yalnız Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və Azərbaycan hökumətindən asılı deyil: "Biznes strukturları və şirkətlər də bu məsələdə aktiv olmalıdırlar".
Şərhlər
Sosial bölməsinin xəbərləri