Lionel Messi karyerasında 500-cü qolunu vurub

Lionel Messi karyerasında 500-cü qolunu vurub İspaniyanın “Barselona” klubunun argentinalı futbolçusu Lionel Messi karyerasında 500-cü qolunu vurub.



APA-nın məlumatına görə, bu, İspaniya Kuboku çərçivəsində “Valensiya” ilə matçda baş verib.



“Kamp Nou” stadionunda keçirilən ilk yarımfinal qarşılaşmasında “Barselona” rəqibini 7:0 hesabı ilə darmadağın edib. Lionel Messi oyunda “xet-trik”-ə imza ataraq karyerasında vurulan qolların sayını 501-ə çatdırıb.



Qeyd edək ki, Messi “Barselona”nın heyətində 436, Argentina millisinin heyətində isə 65 qol vurub.
Şərhlər
İdman bölməsinin xəbərləri