Azərbaycanın "Eurovision" təmsilçisinin seçilməsi üçün müraciətlərin qəbuluna başlanıb

Azərbaycanın "Eurovision" təmsilçisinin seçilməsi üçün müraciətlərin qəbuluna başlanıb Azərbaycanın milli yayımçısı olan İctimai Televiziya (İTV) "Eurovision" mahnı müsabiqəsi üçün təmsilçisini daxili seçim üsulu ilə təyin edəcək.


İTV-dən APA-ya verilən məlumata görə, yayımçı hazırda may ayında İsveçin Stokholm şəhərində "Ericsson Globe" arenasında keçiriləcək olan "Eurovision Mahnı Müsabiqəsi 2016" üçün öz təmsilçisinin seçiminin təşkil edilməsi işi ilə məşğuldur. Milli seçimlərin nəticəsi mart ayının 14-də açıqlanacaq.


Milli seçimdə iştirak etməyə hazır olan və öz təmsilçiliyini irəli sürmək işində özünə güvənən istənilən Azərbaycan artisti (Azərbaycanda və ya xaricdə yaşayan Azərbaycan vətəndaşları, yaxud Azərbaycan əsilli artistlər) seçimlərə qatıla bilər.


Öz mahnılarını təqdim etməyə hazır olan mahnı yazarları üçün milli zəmində hər hansı məhdudiyyət yoxdur. Seçimlərdə iştirak etmək istəyənlər öz ərizələrini fevral ayının 10-dək eurovision2016@itv.az email ünvanına göndərə bilərlər.
Şərhlər
Şou-biznes bölməsinin xəbərləri