Azərbaycanın poçt markaları "eBay"də satışa çıxarılıb

zərbaycan poçt markalarının kataloquna daxil olan 3 növdə marka "eBay" internet mağazasında satışa çıxarılıb.



Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən "APA-Economics"ə verilən məlumata görə, bu markalar 1920-1922-ci illərdə nəşr olunub.



"eBay"də sözügedən poçt markalarının satış qiyməti 50 ABŞ dolları təşkil edir.



Markaların nominal dəyəri dövriyyəyə buraxılan zaman müvafiq olaraq 5000, 3000 və 2000 rus rubluna bərabər olub.
Şərhlər
Maraqlı bölməsinin xəbərləri