“Fitch”: Azərbaycanın əsaslı xarici aktivləri onun reytinqini qoruyacaq

“Fitch”: Azərbaycanın əsaslı xarici aktivləri onun reytinqini qoruyacaqAzərbaycanda kapitala nəzarətin gücləndirilməsinin ölkənin “BBB-“/“stabil” suveren reytinqinə birbaşa təsiri yoxdur.

APA-nin verdiyi xəbərə görə, bu barədə “Fitch” reytinq agentliyinin yaydığı hesabatda deyilir.

Bildirilir ki, kapitala nəzarət inkişafa və iqtisadi sabitliyə təsir etdikcə ölkənin kredit profilinə də ziyan vura bilər. Buna baxmayaraq, Azərbaycanın borclanma dərəcəsinin aşağı olması və əsaslı xarici aktivlərə malik olması onun reytinqini qorumasına yardımçı olur.

“2015-ci ildə üzən məzənnəyə keçidlə bağlı manatın dəyərdən düşməsinə cavab olaraq, bu həftə Azərbaycandan kapital çıxarılmasına görə 20%-lik yığım tətbiq olunub. Bu addım iki siyasi məqsədə nail olmaqdakı çətinliyi əks etdirir. Bu siyasi məqsədlər Azərbaycan Dövlət Neft Fondunun (ARDNF) aktivlərinin dəyərinin qorunması, o cümlədən, sosial sabitlik üçün məzənnəni qoruyub saxlamaqdır. Bütün bu tədbirlər manatın məzənnəsini qoruyub saxlayacaq. Düşünmürük ki, kapitala nəzarət bank sektoruna təsir edə bilər. Çünki, bu sektorda yüksək dollarlaşma müşahidə olunur. Lakin Azərbaycan Mərkəzi Bankı ehtiyac olarsa, banklara dəstək göstərməlidir”, - deyə hesabatda qeyd olunub.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri