Mədəniyyət və Turizm Nazirliyi "Euronews"a etiraz məktubu hazırlayır

Mədəniyyət və Turizm Nazirliyi "Euronews"a etiraz məktubu hazırlayır Azərbaycan Mədəniyyət və Turizm Nazirliyi Nizami Gəncəvinin fars şairi kimi təqdim edilməsi ilə bağlı "Euronews" telekanalı öz etirazını bildirəcək.


Nazirliyin mətbuat katibi Zöhrə Əliyevanın ANS-ə verilən məlumata görə, hazırda məsələ ilə bağlı cavab məktubu hazırlanır: "Nizami Gəncəvinin fars şairi kimi təqdim edilməsi yolverilməzdir. Əlbətdə ki, bunu səssiz qoymaq, münasibət göstərməmək mümkün deyil. Təbii ki, nazirlik olaraq biz öz iradımızı bildirəcəyik. Bu səhvi nəinki biz, ədəbiyyat elmi də qəbul etmək. "Euronews" tarixi təhrif edib. Biz öz etirazımızı bildirməklə yanaşı, səhvlərini düzəltməyi tələb edəcəyik."


Xatırladaq ki, məşhur “Euronews” telekanalı Azərbaycan şairi Nizami Gəncəvini fars şairi kimi təqdim edib. Dünən telekanalda yayımlanan “Gəncə - fars dahisi Nizaminin vətəni” adlı süjetdə təhrifə yol verilib. Ümumilikdə Gəncəyə həsr olunmuş süjetdə Nizami Gəncəvinin XII əsrin fars şairi olduğu, lakin Azərbaycanda doğulduğu bildirilir.


Mak Dauellin hazırlarıdı reportajda bildirilir: “Nizami fars poeziyasının klassikidir. Müasir Azərbaycan ərazisindəki Gəncədə doğulub”.


Qeyd edək ki, “Azərbaycan həyatı” buraxılışında ölkəmizlə bağlı silsilə reportajlar verilir.


Şərhlər
Mədəniyyət bölməsinin xəbərləri

Aygün Bəylər dəfn olunub

  • 08 янв, 14:57