Azərbaycan prezidenti Türkiyənin baş naziri ilə görüşüb

Azərbaycan prezidenti Türkiyənin baş naziri ilə görüşüb Azərbaycan prezidenti İlham Əliyevin yanvarın 20-də Davosda Türkiyə baş naziri Əhməd Davudoğlu ilə görüşü olub.



APA-nın məlumatına görə, görüşdə iki ölkə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə yüksək səviyyədə inkişafından məmnunluq ifadə olunub. Yüksək səviyyədə mütəmadi görüşlərin əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyəti qeyd edilib. Beynəlxalq səviyyəli tədbirlərdə Azərbaycanın və Türkiyənin birgə iştirakının önəmi vurğulanıb.



Baş nazir Əhməd Davudoğlu Azərbaycan dövlət başçısına Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın salamını çatdırıb. Prezident İlham Əliyev Türkiyə dövlətinin başçısının salamına görə minnətdarlığını bildirib, onun da salamının prezident Rəcəb Tayyib Ərdoğana çatdırılmasını xahiş edib.



Söhbət zamanı Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, iqtisadi əməkdaşlığın daha da genişləndirilməsi, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Şərhlər
Siyasət bölməsinin xəbərləri