Sevda Ələkbərzadə boşanma xəbərini təsdiqlədi: "Ayrılığa səbəb..."

Əməkdar artist Sevda Ələkbərzadə boşanma xəbərlərini təsdiqləyib.


live.az-ın məlumatına görə, “1news.az”a açıqlama verən ifaçı həyat yoldaşı Kamiyarla ayrılığını bu cür şərh edib: “Bu günə kimi mənə bu qədər zəng edən olmamışdı. Nə qədər böyük layihələr etdim, heç belə müzakirə olunmadı. Amma şəxsi həyatım müzakirə edilir. Bu barədə ilk və son dəfə açıqlama verirəm. Həyat yoldaşımla boşanmaq qərarına gəlmişik. O, Amerikada, mən isə Azərbaycandayam. Qərar verdik ki, belə davam etməkdənsə, ayrılaq. Mən hər şeyi Bakıda qoyub Amerikaya köçə bilmərəm. Eləcə də Kamiyar işini atıb bura gələ bilməz. Qarşılıqlı razılaşma ilə bu qərarı verdik. Hər dəfə Azərbaycanda, Türkiyədə və Amerikada yaşamağa çalışdıq. Amma hər dəfə bir problem ortaya çıxdı. Onunla münasibətimiz indi də yaxşıdır”.



Qeyd edək ki, Sevda və Kamiyar cütlüyü 2014-cü ilin may ayında ailə həyatı qurmuşdu.
Şərhlər
Şou-biznes bölməsinin xəbərləri

Müğənni Elçin boşanıb

  • 22 фев, 22:53