İstanbulun Sultanəhməd Meydanında baş verən partlayışda 10 nəfər ölüb, 15 nəfər yaralanıb

Türkiyənin İstanbul şəhərindəki Sultanəhməd Meydanında baş verən partlayış nəticəsində 10 nəfər ölüb, 15 nəfər xəsarət alıb.



APA-nın NTV-yə istinadən verdiyi məlumata görə, bu barədə İstanbul Valiliyinin yaydığı açıqlamada bildirilir.





***


Türkiyənin İstanbul şəhərindəki Sultanəhməd Meydanında partlayış baş verib.



APA-nın “Hürriyet”ə istinadən verdiyi məlumata görə, hadisə nəticəsində ölən və yaralananların olduğu bildirilir. Olay yerinə çoxlu sayda təcili tibbi yardım avtomobilləri, polis və yanğınsöndürmə briqadaları cəlb olunub. Məscid yaxınlığında üzərində partlayıcı qurğu olan şəxsin turist qrupunun arasına girərək partlayıcı qurğunu işə salması barədə xəbərlər yayılsa da, bu məlumat hələlik təsdiqini tapmayıb.



İstanbulun Sultanəhməd Meydanında baş verən partlayışda 10 nəfər ölüb, 15 nəfər yaralanıb
Şərhlər
Dünya bölməsinin xəbərləri