Pornofilmlər və azərbaycanlılar: “PornHub” statistikanı açıqladı

2015-ci ildə saytı 21,2 milyard nəfər ziyarət edib.

Dünyanın əsas pornosaytlarından sayılan “PornHub” 2015-ci ilin yekunları ilə bağlı pornofilmlərə ən çox baxılan ölkələrin reytinq statistikasını açıqlayıb.

2014-cü ilin reytinqində olduğu kimi indi də birinci sırada ABŞ-dır, ikinci yerdə britaniyalılardır, kanadalıları isə keçən il tutduqları üçüncü yerdə hindistanlılar əvəz edib.

Hindistan hakimiyyətinin pornoqrafik saytlara müvəqqəti qadağa qoymasına baxmayaraq Hindistan pornofilmlərə baxan ölkələr sırasında lider olaraq qalırlar. İlk beşliyi Almaniya tamamlayır.

2014-cü ildən 1% çox olan göstərici 2015-ci il üçün 41% ABŞ-ın payına düşüb.

Reytinqə həmçinin Azərbaycan da düşüb, onun göstəricisi rekord dərəcədə kiçik olub. Belə ki, bu saytın xidmətlərindən istifadə edən azərbaycanlı internet istifadəçiləri “PornHub”-da 7 dəqiqə 6 saniyə keçirirlər. Gürcüstanda bu göstəricilər 7 dəqiqə 11 saniyə, Ermənistanda isə 6 dəqiqə 55 saniyədən ibarətdir.

Porno-saytda ən çox vaxt keçirən fillipinli istifadəçilərdir. Bu ölkədən olan istifadəçilər “PornHub”da 12 dəqiqə 45 saniyə, amerikalı istifadəçilər 9 dəqiqə 51 saniyə və avstraliyalı istifadəçilər 9 dəqiqə 36 saniyə vaxt keçiriblər.

“PornHub” saytını 2015-ci ildə 21,2 milyard nəfər ziyarət edib. Bu isə sayta hər dəqiqə 40 min, hər saat isə 2,4 milyon istifadəçinin daxil olması deməkdir.


Pornofilmlər və azərbaycanlılar: “PornHub” statistikanı açıqladı

Şərhlər
Maraqlı bölməsinin xəbərləri