İran İsraili hədələyib

“İran özünün də daxil olduğu Qərbi Asiya bölgəsində heç olmasa, 2030-cu ilə qədər siyasi, təhlükəsizlik və iqtisadi baxımdan strateji rol oynayacaq”.

APA-nın “Mehr” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bunu İranın ali dini lideri, ayətullah Əli Xamneyinin hərbi məsələlər üzrə müşaviri, general Yəhya Rəhim Səfəvi bildirib.

Onun sözlərinə görə, hazırda Qərbi Asiya bölgəsində geopolitik dəyikliklər baş verir: “Bu gün İran, Türkiyə və İsrail bu bölgənin əsl aktorlarıdır. ABŞ, Rusiya və Çin isə kənar qüvvələrdir. Bu bölgə 2030-cu ilə qədər dünya güclərinin rəqabət və çəkişmə aparacaqları, həmçinin diqqət göstərəcəkləri mərkəz olacaq”.

Y. Səfəvi deyib ki, İsrail çökməyənədək bölgənin dinclik tapması mümkün deyil: “ABŞ-ın dəstəyini alan İsrail Qərbi Asiya və Şimal Afrikada gərginliyin mənbəyidir. Səudiyyə Ərəbistanı isə 2030-cu ilə qədər çökəcək”.

General vurğulayıb ki, İsrail İran üçün problem yaratdığı anda rəsmi Tehran Hayfa və Tel-Əvivi yerlə bir edəcək.
Şərhlər
Dünya bölməsinin xəbərləri