İstanbulun Qazi məhəlləsi döyüş meydanına çevrildi

Polis İstanbulun Qazi məhəlləsində Gezi parkı etirazlarına dəstək vermək üçün yolu bağlayan qrupa müdaxilə edib.


Trend "Zaman" qəzetinə istinadən məlumat verir ki, bir qrup şəxs məhəllədəki yolda barrikada quraraq ətrafa zərər verib. Polis axşam saatlarında İsmət Paşa küçəsini bağlayan qrupun dağılması üçün xəbərdarlıq edib.


Etrazçıların xəbərdarlığa "Molotov kokteyli" və daşla cavab verməsinə qarşılıq olaraq polis qrupa su şırnaqları, gözyaşardıcı qaz və səs bombası ilə müdaxilə edib.


Müdaxilə nəticəsində Qazi məhəlləsi döyüş meydanını xatırladıb.
Şərhlər
Dünya bölməsinin xəbərləri