İmişlidəki yol qəzasında məktəbli qız ölüb

İmişlidə piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Trend Cənub TV-yə istinadən xəbər verir ki, hadisə aprelin 10-u, saat 10:00 radələrində Saatlı-İmişli avtombil yolunun 1-ci km-də qeydə alınıb.

Füzuli rayon sakini Anar Hüseynov idarə etdiyi "Mercedes" markalı avtomobili ilə Bakı şəhəri istiqamətində hərəkətdə olarkən yolu keçmək istəyən piyada - İmişli rayonu Qaralar kənd sakini 15 yaşlı məktəbli Həsənova Gülnarə Nəzər qızını vurub.

Yaralı müxtəlif dərəcəli bədən xəsarətləri ilə İmişli Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Həkimlərin səyinə baxmayaraq, 15 yaşlı yeniyetmə qızın həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı İmişli Rayon Polis Şöbəsində cinayət işi açılıb, araşdırma aparılır.
Şərhlər
Hadisə bölməsinin xəbərləri