Faiq Ağayev toydan qovulması barədə xəbərlərə münasibət bildirdi

Faiq Ağayev toydan qovulması barədə xəbərlərə münasibət bildirdi Xalq artisti Faiq Ağayev barəsində yayılan xəbərlərə münasibət bildirib.



Bəzi tanınmayan saytlarda məlumat yayılmışdı ki, dünən Faiq Ağayev məmur oğlunun toyundan qovulub. Toy mərasiminin “JW Marriott Absheron” otelində keçirildiyi bildirilirdi. Məlumata görə, Faiq Ağayevi mərasimin keçirildiyi zaldan zorla çıxararaq maşınına qədər müşayiət ediblər. Xalq artisti isə qəzəbli şəkildə öz maşınına minərək, oteli tərk edib.




Bu səhər Faiq Ağayevin Facebook səhifəsində yazdığına görə, o, Bakıda deyil və artıq 9 gündür ki, Rusiya Federasiyasındadır: “Bakıdan mayın 30-da getmişəm. Krasnoyarskda mayın 31-i-iyunun 2-si olmuşam. Hazırda Moskvadayam ve Azərbaycan Respublikasının Rusiya Federasiyasındakı səfirliyinin Qonaq evində qalıram. Bakıya iyunun 10-da 853-cü reyslə yola düşəcəm.



Xalq artiti həmçinin tüitter hesabındada bu haqda belə yazıb: "Cılız, ehemiyyetsiz bir meseledir, eslinde. Amma Bakıdakı dostlarım reaksiya vermeyimi menden tekidle rica etdiler."


Faiq Ağayev Rusiyaya uçüş biletini skan edib internetdə oxucuları ilə bölüşüb.


Şəkili böyütmək üçün tıklayın:



Faiq Ağayev toydan qovulması barədə xəbərlərə münasibət bildirdi
Şərhlər
Şou-biznes bölməsinin xəbərləri

Müğənni Elçin boşanıb

  • 22 фев, 22:53