Antarktida ilk kommersiya aviareysini qəbul edib

“Loftleider Icelandic” aviaşirkəti dünyada ilk dəfə olaraq Antarktidaya kommersiya uçuşunu həyata keçirib.

Trend-in xarici mətbuata istinadən verdiyi məlumata görə, reys “Boeing 757-200 ER” təyyarəsi ilə yerinə yetirilib.

Reys “Antarctic Logistics & Expeditions” şirkətinin sifarişi ilə reallaşdırılıb. Təyyarə Antarktidaya Çilinin Punta-Arenas şəhərindən istiqamət götürüb.

Hava gəmisi Yunion Qleyşer buzlağına eniş edib.
Şərhlər
Maraqlı bölməsinin xəbərləri