Bakıda tualetli avtobuslar işə düşdü (FOTO)

Bakıda tualetli avtobuslar işə düşdü (FOTO) "Bakubus" MMC birbaşa hava limanaına işləyən avtobusları dəyişdi.


Bu barədə ANS-ə "BakuBus" MMC-nin mətbuat katibi Nuridə Allahyarova məlumat verib. Onun sözlərinə görə, bundan sonra 28 may və Beynəlxalq Hava Limanı istiqamətində Almaniyanın MAN şirkətinə məxsus neoplanlar istifadəyə verilib.


"Bu avtobuslar biznes-klass sinfinə daxildir, 48 sərnişin tutur. Vaxt intervalı uzun olan ərazilər üçün nəzərdə tutulub. 24 saat ərzində, həftənin 7 günü fəaliyyət göstərəcək. Yalnız bir dayanacaqda - Koroğlu metrosunda bir dəqiqəlik dayanır. Yeni nəqliyyat vasitəsində yük qoymaq üçün xüsusi yerlər, hətta ayaqyolu da var. Bir sözlə, çox rahat, hər cür şəraiti olan avtobuslardır. Qiyməti isə 1 manat 30 qəpikdir".


Hazırda istifadəyə verilən bu nəqliyyat vasitəsinin hər kəsin ürəyincə olacağına inanırıq. Çünki sərnişinlər oturacaqları istədikləri kimi sağa, arxaya hərəkət etdirə bilərlər. Uzunmüddətli yol getdiyi üçün avtobusun daxilində tualet də quraşdırılıb. Bundan başqa, həmin nəqliyyatda vətəndaşların zövqünü oxşayacaq 60-70-80-ci illərin xalq və bəstəkar mahnıları səslənir. Neoplanlarda wifi sisteminin olması da, sərnişinlərə istədikləri internet xidmətindən istifadəyə imkan yaradır.


Bundan əvvəl də aeroport istiqamətində "BakuBus" MMC-ə məxsus İVECO markalı qırmızı rəngli avtobuslar işləyirdi. Avtobuslar bu yaydan fəaliyyətə başlamışdı.

Bakıda tualetli avtobuslar işə düşdü (FOTO)
Bakıda tualetli avtobuslar işə düşdü (FOTO)
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri