Parisdə 21-ci BMT İqlim Dəyişikliyi Konfransı başlayır

Bu gün Fransanın paytaxtı Parisdə 21-ci BMT İqlim Dəyişikliyi Konfransı başlayacaq.

APA-nın məlumatına görə, noyabrın 30-dan dekabrın 11-dək keçiriləcək konfransa 195 ölkənin dövlət və hökumət rəhbərləri dəvət olunub. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan və Rusiya prezidenti Vladimir Putinin də tədbirə qatılması nəzərdə tutulub. Konfrans çərçivəsində iki ölkə prezidenti arasında görüş keçiriləcəyi ehtimal edilir.

Qeyd edək ki, Rusiya hərbi təyyarəsinin Suriyada vurulmasından sonra iki ölkə arasında münasibətlər gərginləşib. Ərdoğan hadisədən sonra dəfələrlə Putinlə görüşməyi təklif etsə də, bu təşəbbüsə müsbət cavab verilməyib. Putin “Türkiyə üzr istəməsə, görüş olmayacaq” - deyə, bildirib.
Şərhlər
Dünya bölməsinin xəbərləri