“Azercell Telekom” zənglərdəki problemlərlə bağlı məlumat yayıb

Bu gün saat 14:00 radələrində Bakı şəhərinin mərkəzi də daxil olmaqla müəyyən ərazilərdə “Azercell Telekom” MMC-nin 3G şəbəkəsində zənglərin təşkilində və səsin ötürülməsində müəyyən problemlər yaranıb. “Azercell Telekom” MMC-nin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, buna səbəb MMC-nin şəbəkəsinin kommutasiya sistemində baş verən texniki nasazlıq olub.

Texniki nasazlıq mütəxəssislər tərəfindən dərhal araşdırılıb, lazımi tədbirlər görülərək 14:45 radələrində problem aradan qaldırılıb.

“Hazırda “Azercell Telekom” MMC-nin 3G şəbəkəsi tam gücü ilə fəaliyyət göstərir. Problemin bir daha təkrarlanmaması üçün mütəxəssislər tərəfindən aidiyyəti tədbirlər görülüb”, deyə məlumatda bildirilir.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri