Nardaranda baş verən insidentdə həlak olan polis əməkdaşları dəfn edilib

Bakının Nardaran qəsəbəsində baş verən silahlı insident zamanı həlak olan polis əməkdaşları dəfn edilib.

APA-nın məlumatına görə, həlak olan polis zabitləri Vüqar Nəsibov və İsmayıl Tağıyev II Fəxri Xiyabanda torpağa tapşırılıb.

Dəfn mərasimində daxili işlər naziri, general-polkovnik Ramil Usubov, baş prokuror Zakir Qaralov, milli təhlükəsizlik nazirinin I müavini Mədət Quliyev və daxili işlər nazirliyinin digər yüksək rütbəli şəxsləri iştirak edib.
Şərhlər
Hadisə bölməsinin xəbərləri