Azərbaycanlı müğənni Cem Yılmazla duet oxudu

Azərbaycanlı ifaçı İradə İbrahimova və Cem Yılmaz bir araya gəlib.

ANS-in məlumatına görə, “Ali baba və 7 cücə”in aktyor heyəti ilə İradə İbrahimova ilə görüşüb.

Müğənni Türkiyənin məşhur komediya ustası Cem Yılmaz , Ozan Güvən, Özkan Uğurla birlikdə filmdə səsləndirilən “Neyləyək alınmadı” mahnısını ifa edib.

İradə İbrahimova türkiyəli aktyorlarla çəkilmiş fotoları və videonu “İnstaqram” hesabında paylaşıb.

Azərbaycanlı müğənni Cem Yılmazla duet oxudu

İradə İbrahimovanın "İnstaqram" hesabı

İfaçı aktyorların ona qarşı göstərdikləri ailə münasibəti üçün təşəkkür edib:
“Mənə göstərdiyiniz münasibətə görə sonsuz təşəkkürlər. İnanılmaz insanlarsınız. Çox maraqlı görüş idi”.


İradə İbrahimova və “Ali baba və 7 cücə”in aktyor heyəti


Cem Yılmaz mahnını həmkarı Zafer Alagözün təklif etdiyini bildirib. O qeyd edib ki, mahnını İradə İbrahimovanın ifasında dinləsələr də, filmin ssenarisinə salınmayıb.


Cem Yılmaz İradə İbrahimovanın "Neyləyək, alınmadı" mahnısından bəhs edir


Filmin süjetinə görə, Kənan Məmmədovla Barış Manço qarşılaşır və bir-birlərini bu mahnı ilə xatırlayırlar. Cem Yılmaz ifa üçün çox məşq etdiklərini də söyləyib.

Bu videodan sonra Azərbaycandan çoxlu mahnılar göndərildiyini deyən, komediya ustası həmkarı Zafer Alagözün ötən günlərdə Rauf Əhmədov adlı gənc müğənninin mahnısını göndərdiyini və Raufun mahnısını sosial şəbəkədə paylaşdıqdan sonra Azərbaycan televiziyalarında bu addımın məşhurlaşdığını da bildirib.


"Ali Baba və 7 Cücə" filminin anonsu
Şərhlər
Şou-biznes bölməsinin xəbərləri

Müğənni Elçin boşanıb

  • 22 фев, 22:53