Nazir Şahin Mustafayev Dağıstanın baş naziri ilə kənd təsərrüfatı məhsullarının daşınmasında yaranan problemi müzakirə edib

Azərbaycanın iqtisadiyyat və sənaye naziri Şahin Mustafayevlə Dağıstanın baş naziri Abdusamad Həmidov arasında danışıq olub.

Nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Abbas Əliyevin APA-Ya verdiyi məlumata görə, tərəflər noyabr ayının 14-dən etibarən kənd təsərrüfatı məhsullarının Rusiya ərazisində daşınmasında yaranmış problemi müzakirə edib.

"Dağıstan tərəfi bildirib ki, problem ən qısa zamanda həllini tapacaq. Bundan başqa, noyabrın 26-da iqtisadiyyat və sənaye nazirinin müavini Sahib Məmmədovun başçılıq etdiyi nümayəndə heyəti Dağıstana səfər edəcək. Səfər çərçivəsində bu cür problemlərlə bir daha üzləşməməyin yolları müzakirə olunacaq", - deyə A. Əliyev bildirib.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri