Azərbaycan mahnısı Cem Yılmazın filmində

Xəbər verdiyimiz kimi türkiyəli yumor ustası Cem Yılmazın ssenari müəllifi, rejissoru və baş rol ifaçısı olduğu “Əli Baba və 7 cücələr” filmi noyabrın 13-də geniş auditoriyaya təqdim olunub.

Live.Az xəbər verir ki, ekran əsərində müğənni İradə İbrahimovanın repertuarından “Neyləyək alınmadı” mahnısı səslənib. Cem Yılmaz və Zafer Algöz sözügedən mahnını duet şəklində ifa ediblər.

Filmdə rol alan Cem Yılmaz, Zafer Algöz və Can Yılmaz “5N1K” proqramının qonağı olan zaman bu haqda ətraflı məlumat veriblər.

Şərhlər
Şou-biznes bölməsinin xəbərləri