Bakıda ilk Tekila Festivalı keçiriləcək

24-28 noyabr tarixlərində Bakıda ilk Tekila Festivalı keçiriləcək.

Meksikanın Azərbaycandakı Səfirliyindən APA-ya verilən məlumata görə, tədbirin keçirilməsində məqsəd Azərbaycanda Meksika haqqında məlumatların daha çox yayılmasıdır. Həmçinin, səfirlik bu ilin oktyabr ayının sonu-noyabr ayının əvvəlində Bakıda ilk Mezkal Dequstasiyası Festivalını da keçirib.

Xatırladaq ki, Tekila Meksikanın Xalisko ştatındakı Tekila şəhərində yaranmış bir içkidir. Mezkal kimi, tekila göy aqava adlanan Tekila agavası bitkisinin şirəsinin qıcqırması və qovulması nəticəsində əldə edilir.

Tekila aqavasının illik istehsalı 900 min ton rəqəminə çatır və bu içkinin dünyaya təqdim olunmasında 300 min nəfər fəxrlə çalışır. Tekila hər kəsin zövqü üçün istehsal olunur.
Şərhlər
Sosial bölməsinin xəbərləri