Bakıya 18 metr uzunluğunda yeni avtobus gətirilib

Bakıya 18 metr uzunluğunda yeni avtobus gətirilibBakıya 18 metr uzunluğunda yeni avtobus gətirilib.

"BakuBus" MMC-nin mətbuat xidmətinin rəhbəri Nuridə Allahyarova SalamNews-a açıqlamasında deyib ki, Bakıya gətirilən iri tutumlu sərnişin avtobusu sadəcə test edilmək üçün xəttə buraxılıb.

Onun sözlərinə görə, test bir neçə saat davam edib. Avtobusun sərnişin tələblərinə, yollardakı tıxaca, eyni zamanda mövcud kriteriyalara uyğunluğu yoxlanılacaq. Hələ ki, yeni sərnişin avtobusu test məqsədi ilə xəttə buraxıldığından paytaxta neçə avtobusun gətirilməsi ilə bağlı rəqəm məlum deyil. İritutumlu sərnişin avtobusunun test nəticələri uğurlu olarsa, neçə avtobusun gətirilməsi ilə bağlı dəqiq məlumat veriləcək.

N.Allahyarova bildirib ki, xətlərimizdə iritutumlu avtobusların xidmət göstərəcəyi ilə bağlı planda elə bir yenilik gözlənilmir.

- See more at: http://www.salamnews.org/az/news/read/197227#sthash.vh7KTScz.6LJBgySF.dpuf


Bakıya 18 metr uzunluğunda yeni avtobus gətirilib
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri